Kateqoriyasız

Azərbaycan millisinin üzvü İngiltərənin məşhur klubuna keçdi

Azərbaycan milli komandasnın futbolçusu Eddi İsrafilov karyerasını İngiltərədə davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi Çempionşipdə mübarizə aparan “Fulhem”lə 4 illik müqavilə imzalayıb.

“Marca”nın yaydığı xəbərdə bildirilir ki, London klubu Eddinin transferi üçün “Mursiya”ya 200 min avro ödəyib.

Bir neçə günə transfer rəsmən açıqlanacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43