Ölkə futbolu

“Qəbələ” – “Lill” matçının bilet qiymətləri və satış nöqtələri

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – “Lill” (Fransa) matçının biletləri sabah – avqustun 1-dən satışa çıxarılacaq. 
İdmanxeber.com-un məlumatına görə, biletləri saat 15:00-dan etibarən 2 satış nöqtəsindən – oyunun keçiriləcəyi “Bakcell Arena”nın və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır. 
Xatırladaq ki, avqustun 4-də “Bakcell Arena”da keçiriləcək “Qəbələ” – “Lill” qarşılaşması saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43