Türkiyənin “Trabzonspor” klubu yoxlama oyunu keçirib.
İdmanxeber.com-un məlumatına görə, azərbaycanlı hücumçu Ramil Şeydayevin komandası Macarıstanın “Györ” klubu ilə qarşılaşıb.
Görüş Trabzon təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Şeydayev əsas heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.