Azərbaycan I divizionunda maraqlı hadisə baş verib.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Qusarın “Şahdağ” klubu MOİK-lə oyuna 9 futbolçu ilə çıxıb. Qusar klubundakı maliyyə problemləri bu komandanın üzvlərinin “hərbiçilər”lə oyunu boykot etməyə gətirib çıxarıb. Məhz buna görə də, “Şahdağ” MOİK-lə oyuna cəmi 9 futbolçu ilə çıxıb.
Bundan da maksimum yararlanan bakılılar rəqib qapısına 9 dəfə yol tapıb. Qarşılaşma MOİK-in 9:1 hesablı darmadağını ilə yekunlaşıb.

