Ölkəmizi Avropa Liqasında təmsil edəcəyi dəqiqləşən “Qəbələ”nin bu turnirdəki potensial rəqiblərinin bəziləri bəllidi.
İdmanxeber.com-un məlumatına görə, ötən il tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazanan “qırmızı-qaralar” səpələnmişlər qrupund ayer alacaq. Bu isə o deməkdir ki, bölgə klubuna ilk mərhələdən nisbətən zəif rəqib düşəcək.
Səpələnməmişlər: “Valyur”, “Vikinqur” (hər ikisi İslandiya), MTK (Macarıstan), “Samtredia” (Gürcüstan), “Banants” (Ermənistan) , “Hibernians” (Malta), “Rovaniemi”, “Mariehamn” (hər ikisi Finlandiya), “Suduva”, “Arlantas”, “Trakai” (hamısı Litva), RAF, “Spartak” (hər ikisi Latviya), “Runavik” (Farer adaları),”Qlenavon” (Şimali İrlandiya), “Kork Siti” (İrlandiya), “Sileks” (Makedoniya), “Bala Taun”, Landudno” (hər ikisi Uels), “Europa” (Cəbəllütariq), “Şkendiya” (Makedoniya), “Lusitanos” (Andorra).

