Milli komanda

Azərbaycan – Serbiya: Keçiriləcək gün və başlama saatı açıqlandı

Azərbaycan və Serbiya milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun başlama vaxtı və stadionu müəyyənləşib.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma Pölten şəhərindəki NV Arena-da təşkil olunacaq. Matç iyunun 7-i yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43