Bu gün "Bakı-2015" Avropa Olimpiya oyunlarında boks yarışına start veriləcək.
İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə iki boksçumuz rinqə çıxacaq.
64 kq
Bu çəki dərəcəsində mübarizə aparacaq təmsilçimiz Collazo Sotomayor 1/16 final mərhələsində sloveniyalı Edin Sejdinoviçlə üz-üzə gəlib. Bu görüşdə 3:0 hesablı qələbə qazanan idmançımız 1/8 finala yüksəlib.
81 kq
Digər təmsilçimiz Teymur Məmmədov 1/16 finalda Böyük Britaniyadan Joşua Buatsi ilə münasibətlərinə aydınlıq gətirib. Hər üç raundda rəqibinə qalib gələn (3:0) Teymur 1/8 finala yüksəlib. O, bu mərhələdə Polşa idmançısı Yordan Kulinski ilə qarşılaşacaq.