İdman

Növbəti mərhələyə vəsiqə qazanan boksçumuz: “Qarşıma qızıl medal qazanmağı məqsəd qoymuşam”

"Heç vaxt asan döyüş və döyüşçü olmur, hamı qələbə qazanmaq üçün görüşə çıxır. Sadəcə olaraq mən daha yaxşı hazırlaşmışdım deyə qalib gəldim."

Bu sözləri ölkəmizi Avropa Olimpiya oyunlarında boksda 64 kq-da təmsil edən Collazo Sotomayor sloveniyalı rəqibi Edin Sejdinoviçi məğlub etdikdən sonra idmanxeber.com-a açıqlamasında deyib:

"Növbəti rəqibim moldovalıdı amma mən belə hesab edirəm ki, daha yaxşı hazırlaşmışam və ona da qalib gəlib növbəti mərhələyə yüksələcəm. Qarşıma qızıl medal qazanmağı məqsəd qoymuşam. Hər şey istədiyim kimi getsə qızıl medalın sahibi olacam."
Qeyd edək ki, idmançımız 1/8 final görüşünə sabah çıxacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43