01 İyul 2026
Kateqoriyasız

“Bakı 2015″in qalibindən dopinq çıxdı

Rusiyanın iki yunan-Roma güləşçisinin orqanizmindən istifadəsi qadağan olunmuş meldonium aşkarlanıb.

İdmanxeber.com-un məlumatına görə, Yevgeni Saleyevlə Sergey Semyonovun dopinq-testi müsbət nəticə verib.

Bu il yanvarın 1-dən meldonium pereparatından istifadə qadağan olunub.

Qeyd edək ki, 80 kq çəki dərəcəsində güləşən Saleyev 2014-cü il dünya çempionatının gümüş mükafatçısı, “Bakı 2015” I Avropa Oyunlarının qalibi olub.  O, finalda təmsilçimiz Rafiq Hüseynovu məğlub edib. 130 kq-da güləşən Semyonov Avropa Oyunlarının iştirakçısı olub


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43