Kateqoriyasız

“Bakıdakı qardaşlarımızla turu keçmək istəyirik” – Hamit Altıntop

Türkiyə milli komandasının sabiq üzvü Hamit Altıntop AÇ-2020-nin qrup mərhələsindəki şanslarını dəyərləndirib.

Türkiyə Futbol Federasiyasının İdarə Heyətinin üzvü olan Altıntop qrup mərhələsinin iki oyununu Bakıda keçirmələrinə də münasibətini bildirib:

“Yaxşı qrupdayıq. Turnirin ilk matçını da oynamaq vacibdir. Bu, həm reklam, həm də motivasiya baxımından önəmlidir. Bakıdakı qardaşlarımızla turu keçmək istəyirik. 6 qrupdan 3-cü yeri tutan komandalardan 4-ü növbəti mərhələyə adlayacaq. Kağız üzərində olduğu kimi, inşallah, qrupdan çıxarıq”.

AÇ-2020-nin A qrupunda İtaliya, İsveçrə və Uelslə mübarizə aparacaq Türkiyə yığması, Uels və İsveçrə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43