Kateqoriyasız

“Qarabağ”ın sabiq üzvü Türkiyə klubunda

FutbolPress“Qarabağ”ın sabiq futbolçusu Con Delarj Türkiyəyə qayıdıb.

Çexiyanın “Dinamo Çeske-Budeyovitse” klubundan ayrılan konqolu hücumçu I Liqa təmsilçisi “Boluspor”a keçib. Forvardla mövsümün sonuna qədər müqavilə imzalanıb. 29 yaşlı futbolçunun aylıq maaşı 15 min avro olacaq. Delarj hər oyun üçün əlavə 4,5 min avro bonus alacaq.

Hücumçu ötən mövsüm “Qarabağ”da 10 oyuna 2 qol vurub. O, Ağdam klubuna “Bursaspor”dan gəlmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43