07 İyun 2026
Dünya futbolu

“Barselona” 100 milyona “yox” deyib

“Barselona”nın prezidenti Xuan Laporta Kataloniya klubunun yarımmüdafiəçi Frenki de Yonqu 100 milyon avroya satmaqdan imtina etdiyini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, klub rəhbəri “Keçən il Frenkie de Yonq üçün 100 milyon avro təklif etmişdilər və biz onu satmadıq” deyə, bildirib.

26 yaşlı hollandiyalı 2019-cu ildən kataloniyalıların heyətində çıxış edir. 2022/23 mövsümündə bütün yarışlarda 43 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43