Dünya futbolu

“Barselona” Fatini Premyer Liqaya göndərir

“Barselona” hücumçu Ansu Fati ilə bağlı “Arsenal”a təklif göndərib.

İdmanxeber.az AS nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu fransalı futbolçunu təcrübə qazanmaq üçün icarəyə vermək niyyətindədi. Onun Premyer Liqada çıxış etməsini istəyən rəhbərlik oyunçunu “Arsenal”a məsləhət görüb.

20 yaşlı futbolçu 2020-ci ilin yayından Kataloniya klubunda çıxış edir. Onun komanda ilə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.

Bu mövsüm o, 49 oyun keçirib, 7 qol vurub və 4 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43