10 İyul 2026
Dünya futbolu

“Barselona” “Qalatasaray”la razılaşmadı

“Qalatasaray” Mark Bernalın transferini yaya saxladı.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi qış transfer pəncərəsinin son günündə “Barselona”nın 19 yaşlı yarımmüdafiəçisi üçün 30 milyon avro təklif etsə də, razılıq əldə olunmayıb.

“Sarı-qırmızılılar” futbolçuya hazırkı maaşının üçqatını təklif edib.

Türkiyə klubu yayda Bernal üçün yenidən danışıqlara başlamağı planlaşdırır.

Gənc yarımmüdafiəçi bu mövsüm 18 oyunda 1 qol və 1 assistlə yadda qalıb. Onun “Barselona” ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43