UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində 18 fevral 2026-cı il tarixində keçiriləcək “Qarabağ” – “Nyukasl” matçı üçün biletlər sabah, gün ərzində satışa çıxarılacaq.
İdmanxeber.az-ın məlumatına görə, biletlər yalnız rəsmi satış kanalı olan iTicket.az vasitəsilə onlayn şəkildə əldə oluna bilər.
Azarkeşlərdən xahiş olunur ki, bilet alarkən yalnız etibarlı və rəsmi mənbələrdən istifadə etsinlər.

