23 İyul 2026
Dünya futbolu

“Barselona”dan Alvares üçün 100 milyon avroluq plan

“Barselona” yay transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdırır.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubunun əsas hədəfi “Atletiko”nun hücumçusu Xulian Alvaresdir. “Barselona” argentinalı futbolçu üçün bonuslar daxil olmaqla 100 milyon avro ödəməyə hazırdır.

Lakin Madrid təmsilçisinin bu məbləğlə razılaşacağı inandırıcı görünmür. “Transfermarkt” portalı isə 26 yaşlı forvardın bazar dəyərini 100 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43