“Barselona”nın müdafiəçisi Andreas Kristensen İtaliyaya yollana bilər.
İdmanxeber.az xəbər verir ki, 29 yaşlı danimarkalı futbolçu “Latsio”ya keçməyə maraqlıdır.
Kristensenin “Barsa” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. O, daha əvvəl “Çelsi” və “Borussiya” (Münhenqladbax) klublarında çıxış edib.
“A seriyası”nda “Latsio” hazırda 18 xalla 8-ci yerdə qərarlaşıb.

