Kateqoriyasız

Bernard Şalland: “Nəticədən narazı deyiləm”

Millətlər Liqasında Kosovo Azərbaycanın qonağı olub

İdmanxeber.az-ın məlumatına görə, UEFA Millətlər Liqasının ilk oyununda Kosovo komandası Azərbaycanın qonağı olub. Oyundan sonra rəqib komandanın baş məşqçisi Bernard Şalland mətbuta oyun barəsində fikirlərini bölüşüb:

“Oyunun nəticəasindən narazı deyiləm. Rəqib topla daha yaxşı oynadı. Ancaq təhlükəli vəziyyət yarada bilmədilər. Biz çox yaxşı müdafiə oluna bildik. Oyun boyu çox diqqətli olduq. Hücum xəttimizdən razı qalmadım. Bizim oyunumuz bu deyil. Bundan daha yaxşı olacağımıza əminəm.

-Oyunun əvvəlindən hiss olundu ki, rəsmi matç yox sanki yoldaşlıq oyunu idi. Sizi oyundan əvvəl bir xal qane edirdi?

Xeyr. Heç də belə deyildi. Hər iki komanda üçün bu cür ifadə işlətmək hörmətsizlik olar.

-Son oyunlarda komandanız daha çox hücumameyilli oyun oynayırdı. Ancaq bu gün daha ehtiyatlı oynadınız. Belə çıxır ki, bura heç-heçə üçün gəlmişdiniz ?

Haqlısınız. Biz daha çox sürətli oyuna üstünlük veririk. Ancaq siz rəqibin gücünü unudursunuz. Onlar bu gün çox yaxşı idi.

-Siz oyundan öncə Azərbaycanın güclü rəqib olduğunu demişdiniz. Ancaq indi hiss olunur ki, siz bir xaldan narazısınız.

Yenə deyirəm ki, rəqib çox güclü komandadır. Hər iki komandanın təhlükəli vəziyyəti oldu. Ancaq nəzər yetirsəniz Azərbaycan daha çox təhlükəli vəziyyət yaratdı.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43