Türkiyənin “Beşiktaş” klubu Azərbaycanın 27-ci müstəqillik günü münasibəti ilə sosial şəbəkə hesabından təbrik paylaşımı edib.
Azərbaycan və Türkiyə bayraqlarının birgə paylaşıldığı şəkildə “18 oktyabr 1991. Qardaş Azərbaycanın Müstəqillik Günü mübarək olsun. Tək millət, iki dövlət” sözləri qeyd edilib.