Rusiyanın “Rubin” klubu avrokuboklardan kənarlaşdırılıb.
UEFA Kazan təmsilçisinin maliyyə feyr-pley qaydalarını pozmasına görə qarşıdakı iki mövsüm ərzində, Avrokuboklardan uzaqlaşdırıb.
Qərarı UEFA-nın Klublara Maliyyə Nəzarəti üzrə Məhkəmə Palatasının qəbul etdiyi vurğulanıb.
Klub UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüququna malikdir.
Qeyd edək ki, “Rubin” hazırda Rusiya Premyer Liqasında 17 xalla 5-ci pillədə qərarlaşıb