Ölkə futbolu

“Beşiktaş”la danışıq aparırıq” – Murad Musayev

“Sabah”ın baş məşqçisi Murad Musayev Bakıda Türkiyə “Beşiktaş”ına qarşı keçirilməsi nəzərdə tutulan xeyriyyə matçı barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis hazırda İstanbul klubu ilə danışıqların davam etdiyini bildirib:

“Çox futbolçumuz yığmalara gedəcək. Hər halda bu cür görüşü əsas heyətlə keçirmək istərdik. Klub rəhbərliyi “Beşiktaş”la danışıqlar aparır. Oyun çox güman ki, aprelin sonlarında olacaq”.

Qeyd edək ki, daha əvvəl “Qarabağ” martın 26-da Bakı Olimpiya Stadionunda “Qalatasaray”la yoldaşlıq oyunu keçirəcəyini açıqlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43