Dünya futbolu

Beyl Çin klubunda?

Madrid “Real”ının futbolçusu Qaret Beyl karyerasını Çində davam etdirəcək.

İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı futbolçu Çinə yollanıb.

Onun bu ölkənin “Szyansu Sunin” klubu ilə 3 illik müqavilə imzalayacağı bildirilir. Bu üç ildə uelsli futbolçu 22 milyon avro qazanc əldə edəcək.

Qeyd edək ki, 2013-cü ildən “Real”dan çıxış edən Beyl ötən mövsüm Madrid klubunda 42 oyuna 14 qol vurub, 7 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43