Kateqoriyasız

“Birinci yer uyğrunda mübarizə apara bilərdik” – Canni De Byazi

“Çox yaxşı oynadıq. İlk hissədə topla tez davrana bilmirdik. İkinci hissədəki dyişikliklərdən sonra istədiyimiz alındı”.

İdmanxeber.az-ın məlumatına görə, bunu Azərbaycan yığmasının baş mşqçisi Canni De Byazi Bakıda Qazaxıstana 3:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra “CBC Sport”a açıqlamasında deyib.

“Hamımız 2-ci yer haqqında düşündürdük.Çünki Slovakiya qrupun favoriti idi. Təəssüf ki, ilk matçda Qazaxıstana uduzduq. Biz 1-ci yer uğrunda mübarizə apara bilərdik. Fikrimcə, 6 oyunun hamısında yaxşı təsir bağışladıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43