11 İyul 2026
Ölkə futbolu

Bölgə klubu daha bir transferini açıqladı – RƏSMİ

“Kəpəz” daha bir transferi reallaşdırıb.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi Vüsal Məsimovla anlaşıb.

23 yaşlı cinah müdafiəçisi ilə bir illik müqavilə imzalanıb.

Son olaraq “Turan Tovuz” klubunda çıxış etmiş Məsimov 2021/2022-ci illər mövsümündə “Kəpəz”in heyətində oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43