11 İyul 2026
Ölkə futbolu

“Kəpəz” rəhbərliyindən 1 ay vaxt istədilər – Sponsor problemi həll olunur?

Premyer Liqanın yeganə sponsorsuz komandası “Kəpəz”də rəhbərlik bu problemi yoluna qoymaq üçün bir neçə şirkətlə danışıqlar aparır.

İdmanxeber.az-a daxil olan məlumata görə, Gəncə təmsilçisinin sponsor məsələsinin yubanması hamıya məlumdu. Klub rəhbərliyi bir neçə müddətdi danışıqlar apardığı adı açıqlanmayan bir şirkətlə yaxın zamanda anlaşa bilər.

Tərəflər arasında danışıqların son mərhələdə olduğu və şirkətin “Kəpəz”dən sentyabr ayına kimi vaxt istədiyi bildirilir. Ən geci gələn ay bu məsələdə son nöqtə qoyulacaq. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43