“Real”ın baş məşqçisi Karlo Ançelotti “Roma”ya rəhbərlik edən Joze Mourinyonun əməyini dəyərləndirib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis həmakrı barədə xoş sözlər deyib:
“Bu təəccüblü deyil, çünki Mourinyo dürüst insan və əla məşqçidir. O, pərəstişkarları ilə heyrətamiz bir əlaqə yarada bilib. O, ən yaxşılar siyahısına düşməyən komanda ilə uğur qazandı”.
60 yaşlı mütəxəssis 2021-ci ilin iyulundan “Roma”ya başçılıq edir. 2021/22 mövsümündə Konfrans Liqasının qalibi olub. Portuqaliyalının klubla müqaviləsi 2024-cü ilə qədərdir.

