“Mançester Siti”nin müdafiəçisi Joao Kanselo bu həftənin sonuna kimi “Barselona”ya icarəyə gedəcək.
İdmanxeber.az-ın məlumatına görə, artıq tərəflər sövdələşməni demək olar ki, razılaşdırıblar. Klublar arasında yekun detalları dəqiqləşdirmək qalıb.
İcarə müqaviləsi geri satınalma hüququ ilə bir il müddətinə olacaq.
Kanselu 2022/23 mövsümünün ikinci yarısını icarə əsasında “Bavariya”da keçirib. 29 yaşlı müdafiəçi münhenlilərin heyətində 21 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.

