Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirinin son günündə Azərbaycanın dörd cüdoçusu mübarizəyə qoşulacaq.
Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq), Kənan Nəsibov və Camal Qamzatxanov (hər ikisi +100 kq) 1/16 finalda tatami üzərinə çıxacaq.
Yarışlar Bakı vaxtı ilə saat 11:30-da başlayacaq.
Daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb.

