Kateqoriyasız

Bu 3 legioner “Neftçi”də qalacaq – DƏQİQLƏŞDİ

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Neftçi”nin hansı legionerlərlə yollarını ayırıb-ayırmayacağı hələ də sual olaraq qalır.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubu Flavinyo, Erik Ramos və Kaue da Silvanı komandada saxlayacağı dəqiqləşib. 

Nikolas Kanales, Julius Vobay, Karlos Kardozo, Deniz Silva və Ernest Nforun isə komandada qalıb-qalmayacağına yaxın günlərdə aydınlıq gələcək. Sözügedən futbolçuların komandayla müqaviləsi başa çatıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43