Kateqoriyasız

“Burada olmaq mənim üçün böyük fəxrdir” – “Neftçi”nin yeni transferi

“Neftçi”nin futbolçusu olmaq mənim üçün böyük fəxrdir. Çünki bu, böyük komandadır. Mənə görə, ölkənin ən böyük klubudur”.

İdmanxeber.az xəbər verir ki, bunu “Neftçi”nin yeni transferi Vato Arveladze klubun rəsmi saytına müsahibəsində deyib.

Gürcüstanlı hücumçu bildirib ki, “ağ-qaralar”dan gələn təklifi ilk dəfə eşidəndə həyəcanlı hisslər keçirib: “Burada oynamaq mənim üçün böyük məsuliyyətdir. Əlbəttə, atam və əmilərim mənə məsləhət verdilər. Amma buraya gəlmək qərarını özüm verdim. Bakı gözəl şəhərdir, yaxşı insanları var. Yaxınlarım Bakıda bir neçə dəfə olublar və sizin ölkəni çox seviblər. Onlar da mənim bura gəlməyimə şad oldular”.

Qeyd edək ki, “Neftçi” Vato Arveladze ilə 1+1 illik müqavilə bağlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43