Kateqoriyasız

“Qarabağ”ın mümkün rəqibləri bəllidir – “Mançester Yunayted”, “Roma”…

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki potensial rəqibləri bəlli olub.

İdmanxeber.az-ın məlumatıma görə, təmsilçimiz ikinci səbətdə yer alacaq. Ağdam klubunun potensial rəqibləri aşağıdakılardı;

Birinci səbət:

“Roma” (İtaliya), “Mançester Yunayted” (İngiltərə), “Arsenal” (İngiltərə), “Latsio” (İtaliya), “Braqa” (Portuqaliya), “Srvena Zvezda” (Serbiya), “Dinamo” (Ukrayna), “Olimpiakos” (Yunanıstan)

İkinci səbət: “Feyenord” (Niderland), PSV (Niderland), “Renn” (Fransa), “Real Sosyedad” (İspaniya), “Monako” (Fransa), “Qarabağ” (AZƏRBAYCAN), “Malmö” (İsveç), “Ludoqorets” (Bolqarıstan)

Üçüncü səbət: “Şerif” (Moldova), “Betis” (İspaniya), “Midyullend” (Danimarka), ‘Budo Qlimt”  (Norveç), “Ferentvaroş” (Macarıstan), “Yunion Berlin” (Almaniya), “Frayburq” (Almaniya), “Fənərbaxça” (Türkiyə)

Dördüncü səbət: “Nant” (Fransa), “Helsinki” (Finlandiya), “Şturm” (Avstriya), AEK Larnaka (Kipr), “Omoniya” (Kipr), “Sürix” (İsveçrə), “Union Saint” (Belçika), “Trabzonspor” (Türkiyə)

Qeyd edək ki, Ağdam təmsilçisi ikinci səbətdəki heç bir komanda ilə rəqib ola bilməz.  Qarşılaşmalar I tur – 8 sentyabr, II tur – 15 sentyabr, III tur – 6 oktyabr, IV tur – 13 oktyabr, V tur – 27 oktyabr, VI tur – 3 noyabr tarixlərində oynanılacaq.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43