“Çelsi” Benjamin Çilvellə müqavilə uzadacaq.
İdmanxeber.az-ın məlumatına görə, müdafiəçinin London klubu ilə yeni müqaviləsi 2027-ci ilə qədər olacaq. Rəsmi açıqlamanın bu həftə ediləcəyi vurğulanıb.
Çilvelin iki klubun maraq dairəsində olduğu ancaq “zadəganlar”dan ayrılmaq istəmədiyi bildirilib.
O, bu mövsüm Premyer Liqada 19 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

