Dünya futbolu

Çempionlar Liqasında həftənin oyunçusu

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva Çempionlar Liqasında həftənin oyunçusu seçilib.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı ÇL-nin yarımfinal mərhələsində “Real”la cavab görüşündə (4:0) dubl edib.

Mükafata “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu, hücumçusu Lautaro Martines və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri də namizəd olub.

Çempionlar Liqasının finalında “Mançester Siti” “İnter”lə qarşılaşacaq. Görüş iyunun 10-da İstanbulda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43