Dünya futbolu

Çempionlar Liqasının növbəti üç final matçının yeri bilindi

FutbolPressUEFA qarşıdakı üç mövsümdə Çempionlar Liqasının final matçlarının keçirləcəyi şəhərləri müəyyənləşdirib.

2021-ci ildə baş tutacaq final Rusiyanın Sankt-Peterburq şəhərində təşkil ediləcək. 2022-ci ilin həlledici oyunu  Almaniyanın Münhen şəhərində reallaşacaq. 2023-cü ilin ÇL finalı İngiltərənin paytaxtı Londonda yerləşən “Uembli” stadionunda baş tutacaq.

2020/2021 mövsümündə Avropa Liqasının finalı İspaniyanın Sevilya şəhərində keçiriləcək. Həmin mövsüm UEFA Super Kubokunun matçını Şimali İrlandiyanın paytaxtı Belfast qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43