“Fənərbağça”nın hücumçusu Cenk Tosun Super Liqada klubunu dəyişib.
İdmanxeber.az xəbər verir ki, 34 yaşlı forvard karyerasını “Kasımpaşa”da davam etdirəcək. İstanbul təmsilçisi futbolçunu təzminatsız heyətinə qatıb.
Türkiyə millisinin üzvü ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Cenk Tosun 2024-cü ilin yayından “Fənərbağça”da çıxış edirdi və ötən ilin oktyabrında baş məşqçi Domeniko Tedesko tərəfindən əsas komandadan uzaqlaşdırılmışdı.

