21 İyun 2026
Dünya futbolu

Çinlilər bu dəfə “Milan”ı “ələ keçirdilər”

İtaliyanın ən köklü klublarından olan “Milan” satılıb. 

İdmanxeber.com-un məlumatına görə, klubun rəsmi saytı bu xəbəri yayıb. 

Yonqonq Linin sahibi olduğu “Sino-Europe Investment Management Changxing” holdinqi klubun 99,93 faiz hissələrini alıb. Bunun üçün çinlilər Silvio Berluskoniyə 740 milyon avro ödəyiblər.

Qeyd edək ki, Berluskoni 30 il komandaya rəhbərlik edib. O, son 4 ildə komanda ilə maraqlanmadığını açıqlamasında da etiraf edib. Milan şəhərinin digər təmsilçisi “İnter” də bir müddət əvvəl çinlilərə satılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43