Almaniyanın Şimal-Şərq Regional Liqasında 20-ci turun oyunları keçirilib.
İdmanxeber.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi Berlin “Dinamo”su evdə “Proyssen”i 3:1 hesabı ilə məğlub edib.
34 yaşlı hücumçu matçda dubl edib. O, 58 və 80-ci dəqiqələrdə fərqlənib. Dadaşov bununla da bu mövsüm çempionatda qollarının sayını 4-ə çatdırıb.
14 xalı olan Berlin təmsilçisi hazırda turnir cədvəlində 20-ci pillədə qərarlaşıb.

