Dünya futbolu

Daha 5 il “Liverpul”da

“Liverpul” futbolçusu Co Qomeslə müqavilənin müddətini uzadıb.

İdmanxeber.az xəbər verir ki, 25 yaşlı müdafiəçinin yeni sözləşməsi 2027-ci il iyunun sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, Co Qomes 2015-ci ildə “Çarlton”dan “Liverpul”a keçib. İngiltərəli oyunçu ötən mövsüm 21 matçda bir məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43