Kateqoriyasız

“Neftçi”yə lazım deyil, ehtiyacı olanlar da istəmir

Yeni mövsümə Türkiyədə hazırlaşan “Neftçi” hücumçusu Mirabdulla Abbasovu icarəyə verməyə hazırdı.

İdmanxeber.az-a daxil olan məlumata görə, “Neftçi”də əsas heyətə düşə bilməyən Abbasov yenidən əvvəlki formasını bərpa etmək üçün “Səbail”də oynamaq ehtimalına isti yanaşıb. Ancaq forvard “dənizçilər”in baş məşqçisi Mahmud Qurbanova təklif olunsa da, çalışdırıcı buna “yox” deyib. O, daha yaxşı hücumçuya ehtiyac duyduqlarını bildirib.

“Turan Tovuz”un da hücumçuya ehtiyacı olduğu bir vaxtda, bölgə təmsilçisi də bu keçidə müsbət yanaşmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43