TFF Arbitraj Məhkəməsi “Qalatasaray”ın futbolçusu Eren Elmalının cəzası ilə bağlı qərarı qüvvədə saxlayıb.
İdmanxeber.az xəbər verir ki, mərc fəaliyyətinə görə 45 gün haqlarından məhrum edilən müdafiəçinin apellyasiya şikayəti təmin olunmayıb.
Bununla da Eren Elmalı 1 dekabrda “Fənərbağça” ilə keçiriləcək derbidə oynaya bilməyəcək.
Xatırladaq ki, PFL İntizam Komitəsi daha əvvəl Eren Elmalı da daxil olmaqla bir neçə futbolçuya mərc səbəbi ilə cəza vermişdi.

