19 İyun 2026
Ölkə futbolu

Derbidə adı olmayan “Neftçi”nin futbolçusundan nə xəbər?

“Neftçi”nin müdafiəçi Murad Xaçayev sıradan çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Qəbələ” ilə oyunun son dəqiqələrində meydana daxil olsa da, əzələsini dartıb.

Bu səbəbdən də Xaçayevin adı “Qarabağ”la görüşün iştirak ərizəsinə daxil edilməyib.

27 yaşlı futbolçunun durumu o qədər də ciddi deyil. O, milli fasilədən sonra yenidən yaşıl meydanlara dönə biləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43