AFFA-nın baş katibi Elxan Məmmədov 17 yaşadək futbolçulardan ibarət milli komandamızın qapıçısı, Belçika ilə görüşdə zədələnərək birbaşa xəstəxanaya aparılan Məmməd Hüseynova baş çəkib.
İdmanxeber.com-un məlumatına görə, baş katib Azərbaycan – Belçika oyunundan dərhal sonra xəstəxanaya yollanıb. Orada Məmməd Hüseynovla görüşən Elxan Məmmədov, gənc qapıçıya tezliklə yaşıl meydanlara qayıtmağı arzulayıb.
Qeyd edək ki, beyni silkələnən Məmməd Hüseynov 2 həftə yaşıl meydanlardan kənarda qalacaq.

