“Neftçi” rəhbərliyi Emin Mahmudovla razılığa gəlib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata, kapitan klubdan ayrılmayacaq. Bir müddətdir davam edən danışıqlar müsbət yekunlaşıb.
Rəhbərlik Eminin maaşını artıraraq onu komandada qalmağa razı salıb. Millimizin üzvü ilə 3 illik müqavilə imzalanacağı bildirilir.
Rəsmi açıqlama yaxın günlərdə ediləcək.

