“Mançester Yunayted”in hücumçusu Meyson Qrinvud komandadan ayrıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik oyunçunu icarəyə vermək niyyətindədi. Əvvəlcə onun satılacağı bildirilsə də, daha sonra baş məşqçi Erik ten Haq fikrini dəyişib.
İki-üç Premyer Liqa klubunun Qrinvudla maraqlandığı bildirilir. O, növbəti mövsümdə Mançester təmsilçisində olmayacaq.
Qrinvudun komanda ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

