07 İyun 2026
Ölkə futbolu

“Əslində Çexiya çox da güclü deyildi” – Millimizin oyunçusu

Azərbaycan U-21 yığmasının üzvü Sadiq Şəfiyev Çexiya ilə matçdan sonra (0:5) Karvina şəhərinə ezam olunan jurnalistlərə açıqlamalar verib.

İdmanxeber.az xəbər verir ki, gənc futbolçu bunları deyib:

“Oyuna yaxşı başlamışdıq. İşlər istədiyimiz kimi gedirdi. Təəssüflər olsun ki, sonda belə oldu. Artıq növbəti oyunlara köklənmək lazımdır.

Əslində Çexiya çox da güclü deyildi. Sadəcə fərdi səhvlər bu nəticəyə gətirib çıxardı. Bizdən çox da üstün deyildilər. Ancaq səhvlər hesabı belə etdi.

Psixoloji cəhətdən daha yaxşı hazırlaşmalıyıq oyunlara. Bir top buraxmaq dünyanın sonu deyil. Qol buraxdıqsa, iki qol vurmaq üçün çalışmalıyıq. Bunun üçün psixoloji cəhətdən tam olaraq hazır olmalıyıq.

2-3 nəfərdən başqa heç kim klubunda əsas heyətdə oynamır. Qalan uşaqlar da aşağı liqada oynayır. O da ki, bəs etmir. Səviyyə fərqi hiss olunur”.

Həsən Quluzadə/ Çexiya, Karvina

Qeyd: Jurnalistlərin Çexiyaya səfəri AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə həyata keçirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43