27 İyun 2026
Dünya futbolu

“Fənərbağça” Edersondan narazıdır

“Fənərbağça”nın ötən il “Mançester Siti”dən transfer etdiyi qapıçı Ederson Moraes tənqid olunur.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı qolkiperin son oyundakı səhvləri klub rəhbərliyini narazı salıb və onunla yolların ayrılması gündəmdədir. Lakin illik 11 milyon avroluq maaşı səbəbilə bu qərarın icrası çətin görünür.

Ederson bu mövsüm 34 oyunda 33 qol buraxıb, 13 matçda isə qapısını toxunulmaz saxlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43