22 İyul 2026
Dünya futbolu

FİFA-dan Rusiya klubuna şad xəbər

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) “Lokomotiv” klubuna qoyulan müvəqqəti qadağanı aradan qaldırıb.

İdmanxeber.az-ın məlumatına görə, FİFA Moskva təmsilçisinə 3 dönəm transfer qadağası cəzası vermişdi. Klub rəhbərliyi bu qadağanın aradan qaldırıldığını bildirib.

Bunun ardından “Lokomotiv” heyətə cəlb edilən yeni oyunçuları rəsmən açıqlayıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43