Kateqoriyasız

FİFA Tovuzdakı stadiona sertifikat verdi

Tovuz şəhər stadionunda quraşdırılmış süni ot örtüyü FİFA-nın “Quality Pro” sertifikatına layiq görülüb.

İdmanxeber.az AFFA-ya istinadən xəbər verir ki, ali futbol qurumunun keyfiyyət nişanı stadionda beynəlxalq oyunların keçirilməsinə imkan verir.

Daha əvvəl Şamaxı şəhər stadionu və “ASCO Arena” da eyni sertifikatı alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43