İdman

“Finalda “Bavariya” və “Yuventus” qarşılaşacaq”

İtaliya millisinin və “Milan”ın sabiq üzvü Filippo İnzaqi Çempionlar Liqası haqda proqnoz verib.

İdmanxeber.com-un xarici KİV-lərə istinadən məlumatına görə, o, finalda hansı komandaların qarşılaşacağı haqda sualı cavablandırıb.

İnzaqi həlledici görüşdə “Bavariya” və “Yuventus”un üz-üzə gələcəyini bildirib:

“Almanların çox güclü heyəti var. Baş məşqçiləri Karlo Ançelottinin bacarığı hər kəsə məlumdur. Bu komandanı çox bəyənirəm.

“Yuventus” isə ən yaxşı dövrlərini yaşayır. “Bavariya”da Levandovski, Müller, Duqlas Kosta kimi hücumçular varsa, “Yuvetus”da Madzukiç, İquain və Dibala kimi qol vuran oyunçular var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43