İdman

Superliqada növbəti istefa

Türkiyə Superliqasında “Akhisar Bələdiyyəspor”un baş məşqçisi Cihat Arslanın istefasından sonra növbəti istefa reallaşıb.

İdmanxeber.com-un məlumatına görə, İssakson, Skarione, Del Vaye və Eren Derdiyok kimi əsas futbolçularını satan “Kasımpaşa” 3 turdan sonra 1 xalla 17-ci pillədədir.

Bu uğursuzluğa səbəb kimi klubun çalışdırıcısı Rza Çalımbay komandadan göndərilib.

“Kasımpaşa”nı “Fənərbağça” ilə matça kimin çıxaracağı hələ ki məlum deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43